Təhlükəsizlik xidmətinin 4 əməkdaşı qətlə yetirilib

Təhlükəsizlik xidmətinin 4 əməkdaşı qətlə yetirilib

Meksikadakı hücumda təhlikəsizlik xidmətinin 4 qulluqçusu həlak olub.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə, silahlı toqquşma Verakrus və Puebla ştatlarında qeydə alınıb.

Birinci hadisə zamanı cinayətkarların məşhur Minatitlan şəhərində hücumu federal qüvvələrin 3 əməkdaşının həlak olmasına səbəb olub. Məhz bu şəhərdə cinayətkarlar aprelin sonunda bayram tədbirlərində iştirak edən 13 nəfəri, o cümlədən bir körpəni güllələmişdilər.

Puebla ştatında isə borudan yanacaq oğurlayan şəxslər dəniz piyadaları bölməsinə hücum ediblər. Nəticədə bir dəniz piyadası qətlə yetirilib,3-ü isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə