Keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin həyat yoldaşı Mira Markoviç Rusiyada vəfat edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Markoviçin hansı xəstəlikdən vəfat etməsi haqda məlumat verilməyib. Lakin eks-prezidentin dul xanımının təxminən bir ay əvvəl yıxılaraq qolunu sındırdığı və yataq xəstəsinə çevrildiyi bildirilib.
Mira Markoviç 10 iyul 1942-ci ildə Pojarevats şəhəri yaxınlığında dünyaya gəlib. Sonradan həmin şəhərdə onun əri Miloşeviç dəfn olunub və xanım Markoviç də ərinin yanında dəfn edilməsi vəsiyyətini edib.
Qeyd edək ki, Miloşeviçin xanımı və oğlu 2000-ci ildən Rusiyada məskunlaşmışdılar. 2007-ci ildə Serbiya Xarici İşlər Nazirliyi Rusiyadan Markoviçi tələb etsə də qarşı tərəf Mira Markoviç və oğlu Marko Miloşeviçin artıq “siyasi qaçqın” statusu aldıqlarını bildirmiş və dul qadını qaytarmaqdan imtina etmişdi.
2018-ci ilin iyununda Belqrad məhkəməsi Mira Markoviç barədə "2000-ci ildə dövlət mənzillərinin bölüşdürülməsindəki səhvləri"nə görə 1 il müddətinə qiyabi azadlıqdan məhrumetmə qərarı çıxarmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB