Qara dənizdə NATO-Ukrayna təlimi başlayıb

Qara dənizdə NATO-Ukrayna təlimi başlayıb

Qara dənizdə Ukrayna-NATO hərbi təlimi start götürüb. Bunu Ukraynanın NATO-dakı Daimi Nümayəndəliyi öz Tvitter səhifəsində paylaşıb. “Dəniz Qalxanı – 2019” təlimi aprelin 5-dən 13-nə qədər keçiriləcək.

Qeyd edək ki, Rumıniya, Bolqarıstan, Kanada, Yunanıstan, Niderland, Türkiyədən olan hərbçilərin qatıldığı təlimə ümumilikdə 2200 əsgər və 20 NATO gəmisi cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə