Terrorçu hücumu davam etdirməyi planlaşdırıb

Terrorçu hücumu davam etdirməyi planlaşdırıb

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərdə terror aktı törədən Brenton Tarrant hücumlarını davam etdirməyi planlaşdırıb. SİA-nın verdiyi məlumta görə, bunu Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern açıqlayıb.

O, şübhəlinin ilk hücumdan 36 dəqiqə sonra saxlanıldığını xatırladıb.

"Onun idarə etdiyi avtomobildən iki silah tapılıb, böyük ehtimalla o hücumu davam etdirmək niyyətində olub", Ardern mətbuat konfransında bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə