2 nəfər silahlı şəxs Əfqanıstanın qərbində yerləşən Herat vilayətindəki altıncı polis idarəsinə hücum edib. Axar.az xəbər verir ki, Herat qubernatorluğunun sözçüsü Ceylani Fərhad hadisə nəticəsində 5 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını deyib. Onun sözlərinə görə, silahlı şəxslər bir saat davam edən qarşıdurmadan sonra zərəsizləşdirilib.
Hələlik heç bir terror təşkilatı teraktın məsuliyyətini öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB