Meksikanın Xalisko əyalətində 5,9 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bu barədə Trend Avropa-Aralıq dənizi seysmoloji mərkəzinə istinadən xəbər verir.
Seysmooqların məlumatına görə, yeraltı təkanın episentri Xalisko Ştatının Siuatlan ərazisindən 90 kilometr cənub-şərqdə 18 metr dərinliyində qeydə alınıb.
Ölkənin mülki müdafiə koordinatoru Luis Felipe Puente öz Twitter səhifəsində hazırda insan tələfatı ilə bağlı heç bir məlumatın olmadığını lakin, bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB