Amerika Kosmik Agentliyi (NASA) iki gün əvvəl Konqres tərəfindən 19 milyard dollarlıq büdcənin təsdiqlənməsinə baxmayaraq, 1200 işçinin işinə son verib. SİA-nın "Vaşinqton Post" qəzetinə istinadən verdiyi məlumata görə, işdən çıxarılanlar dünən son dəfə işə gəlib. Onların əksəriyyəti kosmik proqramlar üzrə çalışırdı.
Konqresin hər iki qanadı tərəfindən təsdiqlənən büdcənin prezident Barak Obama tərəfindən imzalanması gözlənilir. Büdcəyə görə, noyabrdakı aralıq seçkilərə qədər NASA-nın hər proqramına Konqres lazımı qədər pul ayırmaq məcburiyyətində olacaq. NASA-nın təsdiqlənən büdcəsi sona çatacaq kosmik proqramın 2011-ci ilin fevral ayından 2011-ci ilin iyun ayına kimi uzadılmasına və yeni kosmik uçuşların həyata keçirilməsinə icazə verir.
NASA səlahiyyətliləri 1 Noyabr tarixində həyata keçiriləcək son kosmik uçuşundan sonra yeni bir kosmik uçuşun Beynəlxalq Kosmik Stansiyasına vəsait və ərzaq çatdırmaqda fayda verəcəyini ifadə edirlər. NASA-nın büdcəsi ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın ömrü də 2020-ci ilə uzanmış oldu. Kosmik proqramın sona çatması ilə 9 mindən çox bu sahədə işləyən işçinin ixtisara düşməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB