Monastrlar bir çox dində, xüsusilə buddizm və xristianlıqda ayrı bir əhəmiyyətə sahibdir. Dünyanın təhlükələrindən uzaq olmaq üçün minlərlə il əvvəl tikilən və əlçatmaz olan monastrların bəziləri bu gün də tarixi bir xəzinədir. Onlardan ən cazibədarları isə aşağıdakılardır:
1."Aslanların yuvası" monastrı Himalay dağlarındakı Paro vadisində 3100 metr yüksəklikdə yerləşir.
2.Xuankonq monastrı Çində 5-ci əsrdə tikilib. "Asma monastr" hesab edilən monastr yerləşdiyi ərazidə baş verən bütün zəlzələlərə baxmayaraq ayaqda qalmağı bacarıb. Çay yatağından 320 metr yüksəklikdəki monastrın müxtəlif hissələri asma keçid və dəhlizlərlə birləşdirilıb.
3.Hndistanın Kəşmir və Jammu əyalətlərinin cənub şərqindəki Zanskar bölgəsində yerləşən Fuqtal Kompa monastrı nəhəng bir mağaranın girişində tikilib. Uçuruma baxan monastr nəhəng arı pətəyini xatırladır.
4.Metéora monastrı Yunanıstanda 11-ci əsrdə tikilib. Yunanıstanın orta hissəsindəki Tesalya vadisində tikilən monastr YUNESCO-nun Dünya Mirası siyahısında iştirak edən altı ortodoks monastrından biridir.
5.Popa Taunqkalat monastrı Myanmardadır. Ölkənin orta hissəsində yerləşən monastr 735 metr yüksəkliyi ilə bənzərsiz bir mənzərəyə sahibdir.
6.Corc Ortodoks monastrı Qərbi Şerianın şərqindədir. Sıldırım yamaclı bir vadidə olan 6-cı əsrdən qalma monastrla Kelt vadisindən uzanan körpü ilə əlaqə yaratmaq mümkündür.
7.Yumbulaganq monastrı Tibetdə eramızdan əvvəl 2-ci əsrdə tikilib. Əfsanəyə görə, Yumbulaganq monastrı Tibetin ilk kralı Nyatri Tsenponun sarayı olub. Yumbulaganqın Tibet dilindəki mənası "ana və oğulun monastrı" deməkdir.
8.Sumela monastrı Türkiyədir, 4-cü əsrdə tikilib. Olduqca sıx bir meşəyə baxan və sıldırım bir uçurumun kənarında yerləşən Sümela Monastrı Altındərə vadisinin dünyaya təqdim etdiyi tarixi gözəlliklərdən biridir. Monastrın dəniz səviyyəsindən yüksəkliyi 1200 metrdir.
9.Ki monastrı Hindistandadır, 11-ci əsrdə tikilib. Monastr Himalaydakı Spiti vadisindədir. Monastrın dəniz səviyyəsindən yüksəkliyi 4166 metrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB