2010-cu ilin Nobel mükafatlarının sahibləri məlum olacaq- FOTO

2010-cu ilin Nobel mükafatlarının sahibləri məlum olacaq- FOTO
2010-cu ilin Nobel mükafatlarını almağa haqq qazanan şəxslərin adlarının açıqlanacağı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adlar oktyabrın 5-dən etibarən açıqlanacaq.

İsveç Kral Elmlər Akademiyasından mətbuata verilən açıqlamaya görə, mükafat ilk olaraq fizika sahəsi ilə məşğul olanların adları açıqlanacaq.

Daha sonra isə oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, 11-də isə iqtisadiyyat sahəsində mükafat qazananlar müəyyən olacaq.

2010-cu ilin sülh mükafatını almağa haqq qazananlar isə daha sonra müəyyən olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə