Putinin sözçüsü Koreya yarımadasındakı gərginlikdən danışdı

Putinin sözçüsü Koreya yarımadasındakı gərginlikdən danışdı

Koreya yarımadasında tərəflər bütün provokativ xarakterli təxribatlardan uzaq durmaldır. Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. "Bununla bağlı mövqeyimiz çox yaxşı bəllidir. Biz Şimali Koreya probleminin həlli üçün koordinasiya edilmiş beynəlxalq səylərin tərəfdarıyıq", - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, dünən Şimali Koreyanın növbəti uğursuz ballistik raket sınağı Cənubi Koreya və Yaponiyada ciddi narahatlığa səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə