Ermənistanın baş naziri Ovik Abramyanın korrupsiya ilə mübarizə aparmaq məqsədilə ölkədə "sürətləndirilmiş islahatlar" həyata keçirəcəyini açıqlaması yerli kütləvi informasiya vasitələrinin (KİV) gündəmindən düşmür. SİA-nın vestikavkaza.ru saytına istinadən verdiyi xəbərə görə, sözügedən problem erməni mətbuatının müzakirə obyektinə çevrilib.
"Johovurd" qəzeti: "Görən də deyər ki, korrupsiya sanki hamının axtardığı, lakin tapa bilmədiyi əlçatmaz şeydir. Vaxtilə Robert Köçəryan da onunla mübarizə apardı. O qədər mübarizə apardı ki, nəticədə özü və ailəsi milyarder, bəziləri hazırda məmur olan komandasının üzvləri isə milyoner oldu. Sonra Serj Sarqsyan və Tiqran Sarqsyan mübarizəni davam etdirdi. Onların gəlirləri haqqında isə əfsanələr yazılır...
Bu günlərdə bütün nazirlərin müxtəlif yollarla öz gələcək taleləri haqqında prezident iqamətgahından məlumat əldə etməsindən də xəbərdarıq. Lakin biz Serj Saqsyanın "təkbaşına" qərarlar verdiyi bir ölkədə yaşayırıq..."
"Aykakan Jamanak" qəzeti: "Şübhəsiz, baş nazirin çıxışının arxasında heç bir hərəkətin dayanmadığını sübut edən əsaslar var. Serj Sarqsyanın "böyükləri götürmək lazımdır" fikrini isə heç xatırlamağa dəyməz. Lakin Dağlıq Qarabağda baş verən aprel döyüşlərindən sonra hamı anladı ki, bizim iqtisadiyyat ordunun ehtiyaclarını ödəmək üçün yetərli deyil..."
"İrates"qəzeti: "Ermənistan hökuməti vəd olunmuş üç həftə ərzində problemin həlli ilə bağlı heç bir mütərəqqi addım atmasa, ölkədə böyük istefalar gözlənilir..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB