Nidal Vakeda Xatumanı saxlanılıb
Kolumbiyanın milli polisi Boqotanın "El-Dorado" hava limanında pasport nəzarətindən keçəndən sonra narkotik trafikindən gələn pulların "yuyulmasında" dünya lideri olan Nidal Vakeda Xatumanı saxlayıb. Onun barəsində ABŞ-a ekstradasiyası ilə bağlı order var.
İstintaqın versiyasına görə, o, narkotik ticarətindən əldə edilən vəsaitin leqallaşdırılması üçün nəhəng kommersiya konqlomeratı yaradıb. Xatumanın Floridaya ekstradasiya ediləcəyi gözlənilir. Onun ABŞ-da 50 il azadlıqdan məhrum edilmə təhlükəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB