Türklər Kanadada erməni yalanlarına qarşı çıxdılar FOTO

Türklər Kanadada erməni yalanlarına qarşı çıxdılar FOTO

Türkiyə QHT-ləri Kanadanın paytaxtı Ottavada 24 aprel qondarma erməni soyqırımı iddialarına qarşı "24 aprel Barış və Həmrəylik" adı altında aksiya keçiriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kanadada fəaliyyət göstərən türk QHT-lərin birgə iştirakı, Kanadalı Türklər Barış və Həmrəylik Platformasının təşkilatçılığı ilə təşkil olunan aksiya şəhid polkovnik Atilla Altıkat Anıtın xatirə heykəli qarşısında başlayıb. Şəhidin ruhu yad edildikdən sonra aksiya iştirakçıları Kanada Parlamentinin binasının qarşısına gəliblər. Burada erməni soyqırımına etirazlarını bildirən iştirakçılar müxtəlif şüarlar və türkülər səsləndirdikdən sonra Türkiyənin Ottavada yerləşən səfirliyinin binasına qədər yürüş ediblər. Minlərlə türk əllərində Kanada və Türk bayraqları tutmaqla yanaşı, erməni yalanlarına qarşı şüarlar yazılan plakatlar da tutublar. Aksiyada Ottava, Toronto, Monreal, Hamilton, Burlinqtonda yaşayan türklərlə yanaşı, Suriya, Misir, Fələstin və digər müsəlman ölkələrindən olanlar da iştirak ediblər. Aksiya axşama qədər davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə