Aprelin əvvəlindən bəri istidən 130 nəfər ölüb

Hindistanda temperatur 40 dərəcəni keçib
Aprelin əvvəlindən bəri istidən 130 nəfər ölüb

Hindistanda aprelin əvvəlindən bəri isti hava şəraiti ilə əlaqədar 130 nəfərdən çox insan həyatını itirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Hindistanın şərqində yerləşən Odişa ştatının hökumətinin məlumatına əsasən, son bir neçə gündə ştatda günəş vurmasından 24 nəfər həyatını itirib. Ştatın 19 şəhərində temperatur 40 dərəcəni keçib. Aprelin 11-də ştatın paytaxtı Bxubaneşvara şəhərində temperatur 45,8 dərəcəyə qədər qalxaraq bu ay üçün rekordu yeniləyib.

Havaların həddən artıq isti keçməsi ilə əlaqədar bir çox dövlət müəssisələri fəaliyyətini dayandırıb. Ştatın meteoroloji departamenti bu cür hava şəraitinin azı bir həftə davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə