Yağışdan enerji istehsal edən günəş paneli

Çinli alimlər yağış damlalarını elektrik enerjisinə çevirən günəş panelləri icad ediblər. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yağışlı havalar, günəş enerjisi hüceyrələrinin məhsuldarlığını itirdiyi anlardan biridir. Ancaq Çinli elm adamları, yağış və günəş enerjisi hüceyrələrini bir araya gətirməyi bacardı.

Alimlərin inkişaf etdirdiyi atom incəliyindəki qrafen lay yağış damlalarını enerjiyə çevirə bilir. Beləliklə günəş panelləri, günəşin görünmədiyi ən qaranlıq günlərdə belə, yağış yağdığı müddətcə enerji yaratmağa davam edə bilirlər.

Bəs sistem necə işləyir? Su, qrafenə yapışdıqda təbii bir kondensator halına gəlir. Qrafenin elektronları ilə sudakı ionlar arasındakı enerji fərqi, elektrik yaradır. Problem isə texnologiyanın hazırki halı ilə çox da məhsuldar olmamasıdır. Panel, gələn enerjinin yalnız yüzdə 6,5-lik qisimini enerjiyə çevirə bilir. Bu nisbət, yüzdə 22 kimi daha yüksək nisbətlərə sahib panellərin gerisində qalır.

Araşdırmaçılar yeni qrafen hüceyrələrin performansını yaxşılaşdırmağı bacarsalar, günəş enerjisindən faydalanmaq üçün günəşli yerlərdə yaşamaq zəruriliyindən xilas ola bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə