Ekvadorun liman şəhəri Quayaquildə yerləşən ticarət mərkəzində baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla axşam saatlarında qeydə alınıb.
Partlayış şəhərin restoranlar, hotellər və mağazalarla dolu olan sıx ticarət bölgəsində baş verib. Polis hadisənin səbəbini araşdırır, ilkin məlumatlara görə, partlayışa şübhəli avtomobil səbəb ola bilər. Şahidlər partlayışın güclü olduğunu və ətrafdakı obyektlərə zərər verdiyini bildiriblər. Yerli sakinlər hadisə zamanı qorxu içində ərazidən qaçmağa məcbur olublar. Qeyd edək ki, son illərdə narkotik ticarəti və mütəşəkkil cinayətkarlığın artması səbəbindən Ekvadorda zorakılıq halları ciddi şəkildə yüksəlib. Təkcə bu ilin ilk doqquz ayında ölkədə 5200-dən çox qətl hadisəsi baş verib, onların böyük hissəsi Quayaquil şəhərində qeydə alınıb. Hadisə Ekvadorda təhlükəsizliklə bağlı vəziyyətin daha da gərginləşdiyini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə