Sultanəhməddə baş verən partlayışla bağlı əməliyyat başladılıb Fotolar
Türkiyənin paytaxtı İstanbulun Sultanəhməd Meydanında səhər saatlarında partlayış baş verib. SİA-nın məlumatına görə, səhər 10:05 radələrində baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Sultanəhməd Meydanı və onun ətrafı polis və təhlükəsizlik qüvvələri tərəfindən mühafizə olunub. Hadisənin kimlər tərəfindən törədilməsi araşdırılır.
![]()
Partlayış zamanı xəsarət alan şəxslər dərhal bölgədəki xəstəxanalara yerləşdirilib. Ağır şəkildə yaralanan şəxslər isə Haseki Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
![]()
Ərazi havadan polis helikopterləri vasitəsilə nəzarətdə saxlanılır. Hadisə yeri geniş tədqiqata sövq edilib.
![]()
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu partlayışla bağlı Daxili İşlər Naziri Əfqan Aladan məlumat alıb.
Məsələnin mətbuat tərəfindən geniş şəkildə işıqlandırılmasına keçici qadağa qoyulub.
![]()
![]()
Ölkənin Baş naziri Əhməd Davudoğlu məsələ ilə bağlı Çankaya Köşkündə təhlükəsizlik konfransı keçirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB