Türkiyədə antiterror əməliyyatları davam edir

Türkiyədə antiterror əməliyyatları davam edir

Türkiyədə antiterror əməliyyatları davam edir. Polisin İstanbulda keçirdiyi antiterror əməliyyatları nəticəsində Kürd Fəhlə Partiyasının (PKK) gənclik qolu sayılan YDG-H terrorçu qruplaşmasına mənsub 15 nəfər şübhəli qismində həbs olunub. Əməliyyatda bir ədəd tapança və bir tüfəng ələ keçirilib.

PKK-ya qarşı Qarsda keçirilmiş antiterror əməliyyatında 3 nəfər həbs olunub, böyük cəbbəxana aşkarlanıb. Batmanda isə yola basdırılmış 50 kiloqram partlayıcı zərərsizləşdirilib.

İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatına qarşı Qaziantepdə aparılan antiterror əməliyyatında 9 nəfərin həbs olunduğu bildirilir. Türkiyə KİV-ləri yazır ki, zərərsizləşdirilmiş bu dəstə terrorçu-kamikadzelər vasitəsi ilə İstanbulda terror aktları planlaşdırıbmış. Terrorçu dəstədən külli miqdarda silah və sursat aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə