Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi fəaliyyət göstərəcək

Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi fəaliyyət göstərəcək

Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan Ukrayna vətəndaşları növbədənkənar prezident seçkilərində ölkənin Bakıdakı səfirliyində səs verəcəklər. SİA "BSNews" saytına istinadən xəbər verir ki, 25 may 2014-cü ildə ukraynalı seçicilər öz səsvermə hüquqlarını Ukraynanın Azərbaycandakı səfirliyində № 900003 saylı məntəqədə reallaşdıracaqlar. Eyni zamanda, Azərbaycan ərazisində olan Ukrayna vətəndaşları seçici siyahısının formalaşdırılması üçün səsvermə gününə bir neçə gün qalmışa qədər səfirliyə müraciət edə bilərlər. Belə ki, ukraynalı seçicilər öz ad və soyadlarını dövlət seçici reyestrinə daxil edə bilərlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə