Martın 8-də Malayziyanın Kuala Lumpur şəhərindən Pekinə uçuş həyata keçirərkən müəmmalı şəkildə yoxa çıxan sərnişin təyyarəsi ilə bağlı yeni məlumatlar yayılıb. SİA-nın xəbərinə görə, Malayziyanın baş naziri Najib Razak 227 sərnişini və 12 ekipaj üzvü ilə havaya qalxdıqdan bir az sonra təyyarə ilə rabitə əlaqəsinin qəsdən kəsildiyini açıqlayıb. Najib Razak təyyarədən göndərilən son siqnalın isə uçuşdan təxminən 7saat yarım sonra alındığını bildirib.
Baş nazirinin itkin düşən təyyarənin 7 saat yarım havada qaldığını söyləməsi isə hava gəmisinin Hind Okeanının cənubundan Orta Asiyaya qədər hər hansı bir yerdə xilas ola biləcəyi iddiasını gündəmə gətirir.
"Təyyarənin tapılması üçün yeni təsbit edilən ərzilərdə axtarışlar aparılacaq. Yeni ərazilər peyk vasitəsilə təyin olunmuş Qazaxıstan və Türkmənistan sərhədindən Taylandın şimalına, Hind Okeanının cənubundan İndoneziyanın cənubuna qədər olan geniş bir sahəni əhatə edir"- deyə, baş nazir sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB