Ukraynanın NATO-ya daxil olması prosesinin yenidən başladılmasını nəzərdə tutan qanun layihəsi Ali Radada qeydiyyatdan keçib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Batkivşina"dan olan deputatlar Boris Tarasyuk, Valentin Korolyuk və Aleksandr Çornovolenko müəlliflər qismində qanun layihəsində Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsilə bağlı bir neçə maddəyə əlavə və dəyişikliklər ediblər.
"Qanun layihəsində milli təhlükəsizliklə bağlı 11-ci abzasın 6-cı maddəsində "Ukraynanın Avropanın siyasi, iqtisadi, hüquqi məkanına inteqrasiyası" cümləsindən sonra "və Şimali Atlantika təhlükəsizlik məkanına", həmçinin, "Avropa Birliyinə üzlük" cümləsindən sonra "və Şimali Atlantika müqaviləsinə" sözləri əlavə edilib" – deyə Ukrayna parlamentinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Bundan başqa, qanun layihəsində "Daxili və xarici siyasətin əsasları" haqqında Ukraynanın bloklara qoşulmama statusunu əks etdirən qanuna da dəyişiklik edilməsi təklif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB