ABŞ dövlət katibinin Avropa və Avropa işlərindən məsul köməkçisi Viktoriya Nuland Kipr məsələsinin həlli barədə ümidvar olduğunu deyib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kiprdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu və Rum icmasının rəhbəri Nikos Anastasiadis ilə görüş keçirən Nuland bu barədə yazılı açıqlama yayıb.
Məsələnin həllinə dair müzakirələrin yenidən başlayacağına ümidinin artdığını dilə gətirən Nuland bildirib ki, adada bölünmənin aradan qaldırılması və xalqların rifahının artırılması sahəsində liderlər cəsur addımlar atıb.
Nuland Kipr məsələsinin həlli mövzusunda prezident Obama və Amerika xalqının güclü dəstəyinin olduğunu da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB