Polşa polisi Rusiya səfirliyinə hücum edən 72 şəxsi həbs edib

Polşa polisi Rusiya səfirliyinə hücum edən 72 şəxsi həbs edib

Polşa polisi "Müstəqillik marşı" altında yürüşə çıxan millətçilərdən 72 nəfəri həbs edib. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, millətçilər yürüş zamanı ictimai asayişi kobudcasına pozub və Rusiyanın Varşavadakı səfirliyinə hücum ediblər. Şəhər polis idarəsinin mətbuat xidmətinin rəhbəri Mariuş Morozekin sözlərinə görə, bu rəqəm arta da bilər.

Qeyd edək ki, hər il Polşada millətşi yürüşləri təşkil edilir və ölkə polisi gücləndirilmiş iş rejiminə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə