Türkiyə Xarici işlər naziri Romada Suriya müxalifətinin lideriylə də bir araya gəlib
Xarici işlər naziri Əhməd Davudoğlu Romada NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşüb. Görüdə Davudoğlu Rasmussenə Türkiyənin Suriya ilə bağlı mövqeyini bir daha çatdırıb.
Daha sonra nazir Transatlantik yeməyində ABŞ dövlət katibi Con Kerri ilə bir araya gəlib. Davudoğlu həmçinin Suriya Milli Şurasının sədri Muaz Əl Xətiblə də görüşüb. Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Əl Sani də iştirak edib.
Bu gün isə xarici işlər naziri Əhməd Davudoğlu Suriya ilə bağlı toplantıda Türkiyəni təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB