Katoliklərin ruhani lideri Papa 16-cı Venedikt "Twitter"da hesap açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Papa "Twitter"in ən yeni populyar üzvü olub. 16-cı Venediktin adına açılmış hesab ''@pontifex" adlanır. Ruhani liderin ilk mesajını dekabrın 12-də yazacağı açıqlanıb. Papanın ilk mesajında insanların inancla bağlı suallarına cavab verəcəyi bildirilir.
Qeyd edək ki, Papanın ingiliscə, ispanca, italyanca,fransızca, portuqalca, lexcə, almanca və ərəbcə olmaqla 8 dildə mesaj göndərilə biləcək hesabları da açılıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB