ABŞ Türkiyəni bəyənmədi

Dövlət Departamenti: "Türkiyənin həddindən artıq sərt ritorikasını konstruktiv hesab etmirik"

ABŞ və müttəfiqi Türkiyə arasında İsrailin Qəzza bölgəsindəki hərəkətləri ilə bağlı fikir ayrılıbı yaranıb. Vaşinqton Ankaranı cəbhələşmə ritorikasından istifadədə günahdandırıb və bəyan edib ki, bu, İsrail-Fələstin münaqişəsində gərginliyin aradan qaldırılmasına yardım etmir.

Gündəlik brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib ki, Amerika hökuməti Ankaranın İsrailə qarşı bəyanatları ilə bağlı narazılığını Türkiyə tərəfə çatdırıb. "Biz Türkiyənin həddindən artıq sərt ritorikasını konstruktiv hesab etmirik. Təbii ki, biz onun sərt bəyanatları ilə razı deyilik. Öz mövqeyimizi Türkiyəyə çatdırmışıq", - Viktriya Nuland deyib.

Vaşinqtonu narazı salan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsraili Qəzza bölgəsində etnik təmizləmə cəhdində ittiham etməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə