Nikos Mixalolyakosun jesti siyasi dairələrdə etirazla qarşılanıb
Yunanıstanın ultrasağçı "Qızıl şəfəq" partiyasının lideri Nikos Mixalolyakosun nasist salamı ölkədə qalmaqala səbəb olub. "Bu əllər bəzən belə də salamlaya bilir", - deyən Mixalolyakos partiyanın gənc fəalları ilə görüşdə nasist Almaniyasının salamlamasından istifadə edib. "Lakin bu əllər təmizdir, çirkli deyil. Onlar oğurluq etməyib", - partiya sədri əlavə edib.
Nikos Mixalolyakosun çıxışını Yunanıstanın dövlət televiziyası nümayiş etdirib. Ölkənin aparıcı partiyalarının nümayəndələri ultrasağçıların liderinin bu jestini pisləyiblər.
"Qızıl şəfəq" partiyası 300 yerli Yunanıstan parlamentində 18 mandata malikdir. Partiya neonasist təmayüllü olduğunu qətiyyətlə təkzib edir. Lakin "Qızıl şəfəq" uzun illər ərzində bununla bağlı ədəbiyyatın yayılması ilə məşğul olub. Hüquq müdafiəsi təşkilatları "Qızıl şəfəq"in döyüşçülərini, hətta, bəzi deputatları miqrantlara və solçu fəallara hücumda günahlandırırlar.
Qeyri-leqal miqrasiyadan əziyyət çəkən ölkədə "Qızıl şəfəq" "yalnız yunanlar üçün" donor qanı toplaması və ərzaq məhsulları paylamaqla da tanınır. Bu partiya dövlət uşaq bağçalarında mühacir uşaqlarının sayının azaldılmasını tələb edir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB