Türkiyədə limanda gəmidə 350 kiloqram kokain aşkarlanıb

Türkiyədə limanda gəmidə 350 kiloqram kokain aşkarlanıb

Türkiyə Daxili İşlər Nazirliyi Braziliyadan Mersin limanına gələn yük gəmisində əməliyyat keçirib, 12 böyük bağlamada 350 kiloqram kokain, həmçinin dalğıc avadanlıqları və sualtı dəniz skuteri ləvazimatları aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Akın Gürlek bildirib.

Hüquq-mühafizə orqanları 9 şübhəlini saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə