Kuşner Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Kuşner Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Ukraynadakı münaqişənin həlli üçün növbəti addımların yaxın həftələrdə açıqlanacağını gözləyir. Xarici media xəbər verir ki, o bu barədə Kiyevdə keçirilən Yalta Avropa Strategiyası konfransında video bağlantı vasitəsilə danışarkən bildirib.

“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində növbəti addımların nə olduğunu elan edə biləcəyik. Və ümid edirəm ki, bu, bizi irəli aparacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkov sentyabrın 5-də Moskvaya səfər edərək, Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevdə Vladimir Zelenski ilə müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə