BMT-dəki ABŞ Rusiya və Ukraynanı danışıqlara çağırıb

BMT-dəki ABŞ Rusiya və Ukraynanı danışıqlara çağırıb

ABŞ diplomatları ABŞ prezidenti Donald Trampın "təcili atəşkəs və danışıqlar" çağırışını təkrarlayıblar. Məlumata görə, ABŞ-ın Təşkilatdakı Daimi Nümayəndəsinin müavini Dan Neqrian BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və Ukraynanı mülki hədəflərə hücumları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırdı.

Diplomat bildirib ki, ABŞ Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün ABŞ prezidenti Donald Trampın təcili atəşkəs və xoşməramlı danışıqlar çağırışını təkrarlayır.

O, açıqlamasında bildirib ki, "Hər iki tərəfi mülki gəmilərə zərər verən və ya zərər vurmaq təhlükəsi yaradan hər hansı bir hücumu dayandırmağa çağırırıq. Bu müharibəyə hərbi həll yolu olmadığı zaman günahsız mülki qanı tökməyə davam etmək mənasızdır".

Daimi Nümayəndənin müavini Rusiya və Ukraynanı "danışıqlara qayıtmağa" çağırdı və "bu nəticəyə nail olmaq üçün Moskva ilə Kiyev arasında danışıqları asanlaşdırmaq üçün əllərindən gələni edəcəklərinə" əmin etdi.

Neqria həmçinin bildirib ki, ABŞ Ukraynanın suveren və çiçəklənən bir dövlət kimi gələcəyinə sadiq qalacaq.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası daha əvvəl Ukraynada davam edən tammiqyaslı müharibə səbəbindən 24 avqust - Müstəqillik Günü üçün iclas təyin etmişdi.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə