175 mindən çox viza ləğv edilib - ABŞ-dan ADDIM

175 mindən çox viza ləğv edilib - ABŞ-dan ADDIM

ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 175 mindən çox vizanı ləğv edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, vizaların əksəriyyəti sahiblərinin hüquq pozuntularına görə ləğv edilib. Ən çox yayılmış səbəblər arasında hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər göstərilib.

Həmçinin vizalar təhlükəli avtomobil idarə etmə, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq, vəsaitlərin mənimsənilməsi və digər hüquq pozuntuları hallarında da ləğv edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə