Avropa Mərkəzi Bankının gələcək avro əsginaslarının dizaynı ilə bağlı layihəsində Praqada doğulmuş Berta fon Zuttnerin təsvirinin istifadə olunması nəzərdən keçirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yeni seriyanın əsas mövzularından biri Avropa mədəniyyəti və tarixinə töhfə vermiş görkəmli şəxsiyyətlərdir. 1843-cü ildə Praqada anadan olmuş Berta fon Zuttner yazıçı, publisist və sülh fəalı kimi tanınıb, 1905-ci ildə isə Nobel Sülh Mükafatına layiq görülən ilk qadın olub. Onun məşhur “Silahları yerə qoyun!” əsəri beynəlxalq sülh hərəkatının simvollarından sayılır.
İctimaiyyət hazırda namizədlər barədə öz rəyini bildirə bilər. Yekun dizaynın 2026-cı ildə seçilməsi, yeni avro əsginaslarının isə sonrakı illərdə dövriyyəyə buraxılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB