ABŞ kəşfiyyatı: İran Hörmüz boğazını istədiyi vaxt bağlaya bilər

ABŞ kəşfiyyatı: İran Hörmüz boğazını istədiyi vaxt bağlaya bilər

ABŞ kəşfiyyat orqanları İranın bundan sonra Hörmüz boğazına girişi effektiv şəkildə bağlamaq imkanına malik olacaqlarını bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu vəziyyət ölkəyə regional gərginliklər və qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

Nüvə danışıqları çərçivəsində gündəmdə olan razılaşmalardan asılı olmayaraq, İranın mövcud münaqişə şəraitində Hörmüz boğazında hərəkəti məhdudlaşdıra biləcəyi qeyd olunur. ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, bu halın gələcəkdə də təkrarlanma ehtimalı yüksəkdir.

Son hadisələr İranın taktiki yanaşmasına təsir göstərib.

Boğaz üzərində faktiki nəzarətin İrana keçməsi qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə