İrandan yeni açıqlama

ABŞ-İsrailin İrana qarşı hücumları ilə başlayan İran müharibəsinin 40-cı günündə atəşkəs elan edilmişdi. İran ordusu son açıqlamasında ABŞ-ın hər hansı atəşkəs pozuntusuna qarşı cavab verməyə hazır olduqlarını bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibənin 40-cı günündə atəşkəs elan olunub, tərəflər Pakistanın paytaxtı İslamabadda danışıqlar masasına oturub.

Danışıqlar prosesi ilə bağlı qeyri-müəyyənlik davam edərkən İran ordusundan yeni açıqlama gəlib. İran ordusu atəşkəsə etibar etmədiyini bildirərək “Hər hansı atəşkəs pozuntusunda cavab verməyə hazırıq” deyib.

İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm isə bir müddət əvvəl etdiyi açıqlamada ölkəsinin təhdid və zorla danışıqlara getməyəcəyini bildirib.

Müqəddəm sosial media hesabında paylaşdığı mesajda İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilməsi planlaşdırılan, lakin ABŞ-ın dəniz blokadası kimi addımları səbəbindən hələ baş tutmayan görüşlərlə bağlı dəyərləndirmələr edib.

İranlı səfir “Ümumi qəbul edilmiş bir həqiqətdir ki, böyük bir sivilizasiyaya sahib heç bir ölkə təhdid və güc altında danışıqlara getmir” deyib.

O, bunun “İslam prinsipi” olduğunu vurğulayaraq ABŞ-ın hələ bu həqiqəti anlamadığını bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə