İran ABŞ hərbi gəmilərinə hücum etdiyini iddia edir

İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib ki, amerikalılar İran gəmisini atəşə tutub ələ keçirdikdən sonra İran ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı dronlardan istifadə edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hərbçiləri atəşkəsi pozaraq İran gəmisinə atəş açaraq onun naviqasiya sistemini sıradan çıxarıb.

Çindən Oman körfəzinə gedən gəminin ələ keçirilməsinə cavab olaraq İran ABŞ gəmilərinə dronlarla hücum edib. İran ABŞ-ı "piratçılıqda" günahlandırıb və oxşar Amerika hücumlarına qarşı qisas almağa davam edəcəyi ilə hədələyib. " Vzqlyad" qəzetinin xəbər verdiyi kimi, Ağ Ev Oman körfəzində İran bayrağı altında üzən yük gəmisinin hərbi personal tərəfindən ələ keçirilməsi barədə məlumat verib. ABŞ hərbçiləri İranın "Tuska" yük gəmisinin mühərrik otağına atəş açdıqdan sonra onu nəzarətə götürdüyünü təsdiqləyib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə