ABŞ prezidenti Donald Tramp İranın “TOUSKA” adlı yük gəmisinin Amerika hərbi dəniz qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə o, rəsmi açıqlamasında məlumat verib. Tramp bildirib ki, uzunluğu təxminən 900 fut olan bu iri tonnajlı gəmi ABŞ-nin dəniz blokadasını yarmağa cəhd edib. Onun sözlərinə görə, gəmi Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esminesi “USS Spruance” tərəfindən saxlanılıb.
Ağ Ev rəhbəri qeyd edib ki, Amerika tərəfi İran heyətinə dayanmaq barədə xəbərdarlıq etsə də, ekipaj bu tələbə tabe olmayıb. Nəticədə ABŞ qüvvələri gəmini hərəkətsiz vəziyyətə salaraq nəzarətə götürüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB