İran hava məkanını bir həftəlik qismən açır

İran hakimiyyəti fevral ayının sonundan bəri ilk dəfə hava məkanını mülki aviasiya üçün qismən açıb

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İslam Respublikasının şərq hissəsində uçuşlara icazə verilib. Ölkənin qərb hissəsi mülki təyyarələr üçün bağlı qalır.

Mənbə aydınlaşdırıb ki, təyyarənin uçuşa icazəsi üçün bir neçə şərt yerinə yetirilməlidir. O, İran hava məkanına daxil olmazdan beş dəqiqə əvvəl özünü təqdim etməli və İran hava məkanından çıxmazdan beş dəqiqə əvvəl qonşu ölkədəki hava nəqliyyatı dispetçerləri ilə əlaqə yaratmalıdır.

"Bu prosedur 25 aprel şənbə günü səhərə qədər qüvvədə qalacaq", - deyə mənbə əlavə edib.

Bundan əlavə, Yaxın Şərq hava nəqliyyatı nəzarəti jurnalistlərə bildirib ki, İranın altı hava limanı yaxın həftələrdə təyyarələrin gəlişi və yola düşməsi üçün gündə 11 saat açıq olacaq. Hava limanları UTC vaxtı ilə saat 03:30-dan 14:30-dək (Moskva vaxtı ilə saat 06:30-dan 17:30-dək) açıq olacaq. Buraya Tehrandakı iki hava limanı da daxildir.

ABŞ və İsrail ölkəyə qarşı hərbi əməliyyat başlatdıqdan sonra İslam Respublikası 28 fevralda hava məkanını bağladı. Tehran da daxil olmaqla, böyük şəhərlər hədəfə alınıb. 7 apreldə tərəflər danışıqlara imkan vermək üçün iki həftəlik atəşkəs elan etdilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə