Z bloqqer Rusiya ordusunun rüsvayçılığı üzündən intihar edib..?

Bundan əvvəl o, Rusiya Aerokosmik Qüvvələrinin baş komandan müavininə qarşı ittihamedici dəlillər olan qovluğu göstərib.

...Rusiyanın Ka-52 helikopterinin pilotu və “Voevoda Broadcasts” kanalının aparıcısı, baş leytenant Aleksey Zemtsov “Rusiya ordusunun rüsvayçılığına dözə bilmədiyi üçün” intihar etmək qərarına gəldiyini açıqladı.

SİA Dialog.UA-ya istinadən xəbər verir ki, onlayn fərziyyələrə görə, Z-bloqçu sadəcə abunəçi sayını artırmaq qərarına gəlib.

Zemtsov “hərəkətindən” əvvəl “rəislərinin təzyiqi” səbəbindən intihar etmək qərarına gəldiyini iddia edib.

O, Rusiya Aerokosmik Qüvvələrinin baş komandan müavini general-leytenant Vladimir Kravçenkoya qarşı ittihamedici dəlillərin olduğu bir qovluq paylaşıb.

O, Telegram kanalının idarə olunması üçün Z-bloqçu Kirill Fedorova verilməsini xahiş etdi.

İnternetdə bəziləri Zemtsovun əslində intihar etməyi planlaşdırmadığını və onun “hərəkətinin” abunəçi bazasını artırmağa yönəldiyini düşünür.

Aleksey Zemtsovun kanalını idarə etməyə davam edəcəyi, lakin indi ona fərqli bir ad veriləcəyi barədə də məlumatlar var.

Rusiyada Zemtsovun “ən böyük hərbi bloqçulardan biri” hesab edildiyi bildirilir.

Onun adı Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında məlumat verən Ukrayna onlayn media orqanları tərəfindən də çəkilir.

Zemtsov öz kanalında Rusiya işğal ordusu komandanlığının hərəkətlərini tənqid edib. O, öldürməklə hədələmək, əmlaka zərər vurmaq və şantaj ittihamları ilə dörd ay yarım məhkəməyəqədər həbsdə olub.

2026-cı ilin yazında o, cəbhəyə hücum bölməsinə göndərilib, lakin daha sonra hava qüvvələrinə qaytarılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə