ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin sözlərinə görə, ABŞ ordusu İranla dəniz ticarətini tamamilə dayandırıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib .Onun sözlərinə görə, Amerika qoşunları "İran iqtisadiyyatının 90%-ni təmin edən" İranla dəniz ticarətini tamamilə dayandırıb.
Kuper bildirib ki, "blokada tətbiq edildikdən 36 saatdan az müddətdə Amerika qüvvələri İranla dəniz ticarətini tamamilə dayandırdı".
Daha əvvəl ABŞ ordusu bildirmişdi ki, 13 apreldə blokada başlayandan bəri İranla əlaqəli səkkiz neft tankerini ələ keçirib.
Xatırladaq ki, ABŞ və İran müharibəyə son qoymaq üçün yeni danışıqlar mərhələsini fəal şəkildə müzakirə edirlər. Görüş 16 apreldə İslamabadda və ya Cenevrədə baş tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB