...Paris Cinayət Məhkəməsi Fransanın sement şirkəti olan Lafarge-ni 2013-2014-cü illərdə Suriyadakı fəaliyyətinə görə “terror təşkilatını maliyyələşdirməkdə” günahkar bilib.
Paris məhkəməsi, hüquqi şəxs olaraq Lafarge və səkkiz şəxsin 2013-2014-cü illərdə Suriyadakı fəaliyyətinə görə “terror təşkilatını maliyyələşdirməkdə” ittiham olunduğu iş üzrə qərarını açıqlayıb.
Məhkəməyə sədrlik edən hakim İzabel Prevost-Despres qeyd edib ki, həmin dövrdə Suriyadakı fəaliyyətini davam etdirməklə Lafarge “öz seçimini edib”.
Hakim bildirib ki, terror təşkilatlarına “təhlükəsizlik ödənişləri” ödəmək qərarı 2012-ci ilin sentyabr ayında keçirilən iclasda verilib.
Onun sözlərinə görə, işdə müzakirə olunan cinayətlərin bir hissəsi olaraq, şirkət İŞİD da daxil olmaqla, regiondakı üç silahlı qrupa 5,6 milyon avro ödəyib.
Məhkəmə Lafarge və səkkiz şəxsi Suriyadakı fəaliyyətlərinə görə “terror təşkilatını maliyyələşdirməkdə” günahkar bilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Anadolu” agentliyi Lafarge-ın İŞİD-i maliyyələşdirməsini sübut edən sənədləri dərc edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB