“Azərbaycanın maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlayır” - ATAXAN HƏSƏNOV
Azərbaycanın maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlayır.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə əsasən, 2025-ci il üzrə maliyyə sektorunun strukturunda bankların payı 94,2% təşkil edib. Digər seqmentlər üzrə isə sığorta sektorunun payı 3,5%, bank olmayan kredit təşkilatlarının (BOKT) payı 2,1%, investisiya şirkətlərinin payı isə 0,2% səviyyəsində olub.
AMB rəsmisi qeyd edib ki, maliyyə sektorunun aktivləri son illərdə artım dinamikasını davam etdirir. Belə ki, 2017-ci ildə sektorun aktivləri 27,9 milyard manat olduğu halda, 2025-ci ildə bu göstərici 57,1 milyard manata yüksəlib.
Qeyd olunub ki, təkcə son bir il ərzində maliyyə sektorunun aktivləri 7,7% və ya 4,4 milyard manat artıb. Bu artımın əsas hissəsi bank sektorunun payına düşüb — 4,1 milyard manat. Bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərində isə 0,3 milyard manatlıq artım qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB