İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın vitse-prezidenti Cey Di Vens telefonla İslamabadda ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər. Bu barədə hökumət başçısının dəftərxanası məlumat yayıb. "Dünən mən vitse-prezident Cey Di Venslə danışdım. O, İslamabaddan qayıdarkən öz təyyarəsindən mənə zəng etdi. Hazırkı administrasiya üzvlərinin hər gün etdikləri kimi, məni danışıqların gedişi barədə ətraflı məlumatlandırdı. Bu dəfə isə - danışıqların iflasa uğraması barədə", - Netanyahu bildirib.
Onun iddiasına görə, danışıqlar İran nümayəndə heyətinin mövqeyi səbəbindən uğursuzluqla başa çatıb. Bundan əlavə, Netanyahunun sözlərinə görə, Vens onu əmin edib ki, Vaşinqton əvvəlki kimi təkidlə Tehrandan malik olduğu bütün uranı təhvil verməsini və gələcəkdə İran ərazisində onun zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB