İsrailin Baş naziri Binyamin Netanyahu “Livanda atəşkəs yoxdur, Hizbullaha güclü zərbələr endirməyə davam edirik və təhlükəsizliyimizi tam bərpa edənə qədər dayanmayacağıq” deyə bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu, Livanla birbaşa danışıqlara başlanması barədə kabinetinə göstəriş verdiyi açıqlamasından sonra videomüraciət yayıb. İsrailin Livan sərhədi yaxınlığında yaşayanlara müraciət edən Netanyahu qeyd edib ki, “Livanda atəşkəs yoxdur, Hizbullaha qarşı güclü zərbələr davam edir və təhlükəsizliyimiz bərpa olunana qədər bu proses dayanmayacaq”.
İrana qarşı hücumlara da toxunan Netanyahu bildirib ki, “İranda və ‘şər oxu’na qarşı əldə etdiyimiz mühüm uğurlar İsrailin bölgədəki mövqeyində tarixi dönüş yaradıb. Bu uğurlar əvvəllər əlaqəmiz olmayan ölkələrlə münasibətlərin inkişafına da zəmin hazırlayıb”.
Netanyahu əlavə edib ki, Livanla aparılacaq birbaşa danışıqlar iki əsas məqsədə xidmət edəcək: Hizbullahın silahsızlaşdırılması və İsrail ilə Livan arasında tarixi və davamlı sülh sazişinin imzalanması.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB