Stiv Uitkoff Misir XİN rəhbərinə zəng edib

Misirin xarici işlər naziri Bədr Əbülati İslamabad danışıqlarından sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib. SİA xəbər verir bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Misir ilə ABŞ arasındakı sıx koordinasiya və davamlı məsləhətləşmələr çərçivəsində Uitkofla telefon danışığı zamanı Amerikanın danışıqlar prosesindəki mövqeyi barədə Əbdülatiyə məlumat verilib", - məlumatda bildirilib. Məlumatda deyilir ki, misirli nazir də öz növbəsində qaldırılan bütün narahatlıqlar ətrafında konsensusa gəlmək, habelə regional təhlükəsizliyi və sabitliyi qorumaq üçün diplomatik yola sadiq qalmağın, dialoq dilini və dinc həll yollarını üstün tutmağın vacibliyini vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə