Qasim Süleymaninin nəvəsi ABŞ-da SAXLANILDI

ABŞ-da bir neçə il öncə öldürülən iranlı general Qasım Süleymaninin qohumları saxlanılıblar. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, federal agentlər Süleymaninin qardaşı qızı və nəvəsini saxlayıb. ABŞ Dövlət katibi Marko Rubio onların daimi yaşayış statusunu ləğv etdikdən sonra əməliyyat həyata keçirilib.

Bildirilib ki, Qasım Süleymaninin qardaşı qızı Los-Ancelesdə yaşayarkən sosial şəbəkələrdə İrana dəstək verib və ABŞ hərbçilərinə qarşı hücumları tərifləyib. Hazırda hər iki şəxs nəzarət altındadır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə