“Biz bu müharibədə uduzuruq...”

ABŞ senatoru İrana qarşı təcavüzü “bu müharibədə uduzuruq” sözləri ilə qiymətləndirib...

...ABŞ prezidenti Donald Trampın ABŞ-ın İran üzərində qələbəsinin qaçılmaz olduğu iddialarının əksinə olaraq, Tehran əslində Vaşinqtonla qarşıdurmada qalib gəlir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Konnektikut ştatından olan Demokrat senator Kris Merfi bildirib.

Senatora görə, Ağ Evin sözləri vəziyyətin reallığını əks etdirmir.

...Biz bu müharibədə uduzuruq, - deyə ABŞ senatoru vurğulayıb.

Onun sözlərinə görə, ABŞ nə İranın raket və dron arsenalını məhv edə bilir, nə də Tehranın nüvə proqramına son qoya bilir.

Merfi qeyd edib ki, İran ordusu getdikcə artan güc nümayiş etdirir və Hörmüz boğazına tam nəzarəti saxlayır.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü əlavə edib ki, Vaşinqton “dünyanı qeyri-sabitləşdirən və onları (ABŞ-ı - red.) məsuliyyətsiz göstərən” müharibəni davam etdirməklə milyardlarla dolları lazımsız yerə israf edir və eləcə də amerikalıların həyatını qurban verir.

...Əvvəllər İran hərbi rəsmiləri ABŞ prezidenti Donald Trampın İranın hərbi potensialının məhv edilməsi ilə bağlı açıqlamasını yalan adlandırıblar. Daha əvvəl Ağ Ev rəhbəri xalqa müraciətində Amerika qüvvələrinin İranın dəniz və hava qüvvələrini məhv etdiyinə əminlik vermişdi.

Onun sözlərinə görə, eyni aqibət tezliklə İslam Respublikasının raket imkanlarını da gözləyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə