"Rusiya Ermənistana qazı Avropadakı yanacaq qiymətlərindən daha aşağı qiymətə satır" - Putin
Rusiya Ermənistana qazı hazırkı Avropa qiymətlərindən xeyli aşağı qiymətə satır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"Enerjiyə gəldikdə, ümid edirəm ki, burada da vəziyyət yaxşılaşacaq. Bildiyiniz kimi, enerji qiymətləri, məsələn, Avropada qaz qiymətləri hazırda 1000 kubmetr üçün 600 dollardan çox yüksəlir. Rusiya Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır. Fərq əhəmiyyətlidir", - deyə prezident bildirib.
Putin vurğulayıb ki, "o və Paşinyan tez-tez enerji qiymətləri və təchizatı ilə bağlı mübahisə edirlər".
"Bilirəm ki, enerji qiymətlərinin müəyyənləşdirilməsi üçün bəzi başqa metodlarda israr edirsiniz. Amma bu, yenə də fərqli bir miqyasdır: 600 dollar və 177,5 dollar", - deyə Putin qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB