Britaniya Xarici İşlər Naziri ilk dəfə olaraq 35 ölkənin iştirak edəcəyi görüşə ev sahibliyi edəcək və tərəflər boğazın açılması üçün görülə biləcək bütün mümkün diplomatik və siyasi tədbirləri qiymətləndirəcəklər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya bu həftə Hörmüz boğazından gəmiçiliyin bərpası üçün birgə addımlar hazırlamaq məqsədilə 30-dan çox ölkənin iştirakı ilə görüşə və ayrıca hərbi danışıqlara ev sahibliyi edəcək. Avropa Parlamentinin məlumatına görə, Baş nazir Keyr Starmer bunu 1 apreldə keçirilən brifinqdə açıqlayıb .Londonun Hörmüz boğazının açılması üçün mümkün fəaliyyət planını müzakirə etmək məqsədilə 35 ölkənin iştirakı ilə görüş keçirməsi gözlənilir. Bu arada, hərbi rəsmilər ayrıca müzakirə üçün görüşəcəklər.
Baş nazir bildirib ki, "Böyük Britaniya artıq Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün birgə işləmək niyyəti bəyannaməsi ətrafında 35 ölkəni birləşdirib. Bu gün elan edə bilərəm ki, bu həftə Xarici İşlər Naziri bu ölkələri ilk dəfə bir araya gətirəcək və görülə biləcək bütün mümkün diplomatik və siyasi tədbirləri qiymətləndirəcək bir görüşə ev sahibliyi edəcək".
O əlavə edib ki, görüşdən sonra tərəflər hərbi planlaşdırıcıları bir araya gətirərək "hərbi əməliyyatların dayandırılmasından sonra Hörmüz boğazından keçidin sərbəst və təhlükəsiz qalmasını təmin etmək" üçün mövcud imkanlardan necə istifadə edəcəklərini müzakirə edəcəklər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı ardıcıl ikinci açıqlamasını vermişdi. Bu açıqlamada digər ölkələrin onu açmalı olduğu və ABŞ-ın bu səyləri əlaqələndirəcəyi bildirilmişdi.
Xatırladaq ki, İran Hörmüz boğazının dünyanın əksər ölkələri üçün "əlçatan" olduğunu iddia edir . Gəmilərə tətbiq edilən məhdudiyyətlər ABŞ, İsrail və onların hərbi müttəfiqləri ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB