...Bu il Altayı genişmiqyaslı daşqınlar təhlükə altına alır.
SİA-nın məlumatına görə, bunu rusiyalı mütəxəssis Mixail Bolqov RİA Novosti agentliyinə verdiyi müsahibədə xəbərdarlıq kimi bildirib.
Alim yerli çayların səviyyəsinin bu yaz kritik səviyyələrə qalxa biləcəyini proqnozlaşdırır.
Bu, böyük qar yığınları ilə əlaqədardır.
...Qar örtüyündə böyük su ehtiyatlarının toplandığı Altayda təhlükəli yüksəlişlər gözləyirik, - Bolqov şərh edib.
Bu arada, ekspert Uzaq Şərqdə çayların səviyyəsinin qalxması ilə bağlı heç bir təhlükə görmür - bölgədəki daşqınlar əsasən tayfunların gətirdiyi güclü yağışlar səbəbindən baş verir. Bolqov qeyd edib ki, Vladivostokda daşqınlar yaya yaxın başlayacaq.
Volqa hövzəsində daşqınlar bu gün yeni başlayır, Oka çayında isə artıq intensiv fazaya qədəm qoyur. Yaxın günlərdə maksimum su səviyyəsinin burada gözlənilə biləcəyi ehtimal olunur.
Bu arada, Don çayı hövzəsində yaz daşqınları yenidən aşağı olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB