"Kİm müharibəyə müdaxilə etsə..." - Pezeşkiandan XƏBƏRDARLIQ

İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı bəyan edib ki, ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq. "Bu müharibəyə hər hansı bəhanə ilə hər cür müdaxilə təhlükəli nəticələrə səbəb olacaq", - o bildirib və əlavə edib ki, Aİ-nin ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir:

"Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə, öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə